"Jirona"nın baş məşqçisi cəzalandırıldı
07.02.2024 - 20:29
"Jirona"nın baş məşqçisi cəzalandırıldı

"Jirona"nın baş məşqçisi Miçel cəzalı duruma düşüb.

Apasport.az xəbər verir ki, bunu İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

O, ölkə çempionatının 23-cü turunun “Real Sosyedad”la oyununda qırmızı vərəqə alıb. Qurumun qərarına əsasən, mütəxəssis La Liqanın iki matçını buraxacaq. Komanda həmin ərəfədə "Real" və "Atletiko" ilə qarşılaşacaq.

Qeyd edək ki, görüş 0:0 hesablı bərabərliklə nəticələnib.

writer photo
İsmayıl Xeyrullayev
0