Kriştiano Ronaldodan növbəti uğur: 900-cü qol
06.09.2024 - 00:21
Kriştiano Ronaldodan növbəti uğur: 900-cü qol

Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo daha bir uğura imza atıb.

Apasport.az xəbər verir ki, o, karyerasında 900-cü dəfə fərqlənib.

Superulduz buna Millətlər Liqasının qrup mərhələsinin Xorvatiya ilə oyununda qol vuraraq nail olub.

O, həmçinin İspaniyanın "Real" klubunun (450 qol) və Portuqaliya millisinin (131) bombardiridir. Forvard İngiltərənin "Mançester Yunayted" (145), İtaliyanın "Yuventus" (101), Səudiyyə Ərəbistanının "Əl-Nəssr" (68) və Portuqaliyanın "Sportinq" (5) klublarında da qollar vurmağı bacarıb.

Qeyd edək ki, hazırda davam edən Portuqaliya - Xorvatiya matçında hesab 2:1-dir.

writer photo
İsmayıl Xeyrullayev
0