Kruniç rəsmən "Fənərbaxça"da
13.01.2024 - 21:22
"Fənərbaxça" növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Türkiyə təmsilçisi “Milan”ın yarımmüdafiəçisi Rade Kruniçi heyətinə qatıb. İcarə müqaviləsində tamhüquqlu transfer etmək imkanı da yer alıb. Futbolçu bu gün tibbi müayinədən keçib.
Qeyd edək ki, 30 yaşlı bosniyalı 2019-cu ildən "Milan"da çıxış edir. O, “rossonyerilər”in heyətində 139 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Sommer millinin düşərgəsini tərk etdi
- UFC turnirində iştirak edəcək idmançıların rəsmi çəkiölçmə mərasimi baş tutub
- Şeydayev məsələsində "Neftçi"yə yardım: TÜRKİYƏ KLUBU RAMİLİ İSTƏYİR
- Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ
- Leandro Andrade: “Bunu yenidən etmək şansımız var”
0
0