Matiç "Lion"la razılaşdı
11.01.2024 - 21:53
Matiç "Lion"la razılaşdı

"Renn"in futbolçusu Nemanya Matiç komandanı tərk etmək üzrədir.

Apasport.az xəbər verir ki, o, "Lion"a keçməyə yaxındır.

Futbolçu klubla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Serbiyalı oyunçu komandadan ayrılmaq niyyətindədir. Tərəflər arasında danışıqlar hələ də davam edir. 

Qeyd edək ki, 35 yaşlı Matiç avqustda "Roma"dan 2,5 milyon avroya "Renn"ə keçib.

writer photo
İsmayıl Xeyrullayev
0