“Brayton”un futbolçusu Ceyms Milner İngiltərə Premyer Liqasında 632-ci matçına çıxıb.
Apasport.az xəbər verir ki, o, "Vest Hem"lə görüşdə (0:0) start heyətində yer alıb. Təcrübəli yarımmüdafiəçi bununla da, turnirdə keçirilən oyunların sayına görə ikinci yerə yüksəlib.
Bu göstəricidə o, “Mançester Yunayted”in əfsanəsi Rayan Qiqqsə çatıb. Yarışın rekordu "Mançeseter Siti"nin sabiq oyunçusu Qaret Berriyə məxsusdur - 653 matç.
Qeyd edək ki, Milner Premyer Liqada "Lids", "Nyukasl", "Aston Villa", "Mançester Siti" və "Liverpul" kimi komandaların şərəfini qoruyub. O, 55 qol vurub və 61 məhsuldar ötürmə verib.
- Medina Qarabağ haqda: "İnsanların bizə sevgisini baxışlarından hiss edirik"
- UFC 325: Volkanovski kəməri müdafiə etdi - GÜNÜN NƏTİCƏLƏRİ
- Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşib
- Xalidu Sissoko: "Azərbaycanda oynamış ən yaxşı seneqallı futbolçu mənəm"
- "Bacardığımın ən yaxşısını etdim"