"Monako"da yeni müqavilə
02.02.2024 - 23:48
"Monako"nun müdafiəçisi Vandersonun taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, klub onunla müqaviləni yeniləyib.
Bunu Fransa təmsilçisinin mətbuat xidməti açıqlayıb. Futbolçu ilə imzalanan sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, o, cari mövsüm 13 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
- "Sabah"ın 111 yaşlı rəqibi: Bolqarıstan futbolunun xalq klubu
- Qurban Qurbanov: Futbolçu deyir ki, mənə yaxşı təklif var. Gedim, yoxsa qalım?
- Fernandu Santuş: “Penaltini Emin Mahmudov vurmalı idi”
- Kaxaber Tsxadadze: “Hər komandanın “Qəbələ”yə qarşı motivasiyası böyükdür”
- Valverde "Real"da qalmaq niyyətindədir
0
0