"Napoli" "Cenoa"nın müdafiəçisini istəyir
07.01.2024 - 22:22
“Napoli” “Cenoa”nın müdafiəçisi Radu Draquşini heyətinə qatmaq niyyətindədir.
Apasport.az xəbər verir ki, neapollular onun qarşılığında 20 milyon avro və iki futbolçu təklif edib,
"Mavilər" “Cenoa”ya Leo Estiqardın tam hüquqlarını verməyə, həmçinin 23 yaşlı Alessandro Zanolini icarəyə göndərməyə hazırdır. "Tottenhemin" müdafiəçi üçün təklifini 27-28 milyon avroya yüksəltməyə hazır olduğu da bildirilir.
Qeyd edək ki, bu mövsüm Draquşin "Cenoa"nın heyətində 22 oyun keçirib, 2 qol vurub və bir məhsuldar ötürmə verib.
- “İpsviç”in əfsanəsi xərçəng xəstəliyinə yoluxub
- Paris-2024: Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
- Avropa klubunun rəsmisindən Yusif İmanov transferinə münasibət: "Biz onun klubuna təklif göndərdik"
- “Karvan-Yevlax”ın stadionunda yenilik – ÖZƏL - VİDEO
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
0
0