PSJ-də ayrılıq baş verəcək.
Apasport.az xəbər verir ki, Kilian Mbappe komandanı tərk edəcək.
Forvard klub prezidenti Nasser Əl-Xəlaifiyə mövsümün sonunda ayrılacağını bildirib. Parislilər hadisələrin bu cür inkişafından çox da təəssüflənmir. Fransa təmsilçisi artıq gələcək üçün plan hazırlayır. PSJ bütün mövqelərə ən azı bir ulduz futbolçu almaq istəyir. Lakin hələlik namizədlər nəzərdən keçirilir, qərar verilməyib. Klub rəhbərliyi dünya səviyyəli iki futbolçu ilə müqavilə bağlamaq, həmçinin "Lill"dən Leni Yoro kimi gənc istedadların transferi siyasətini həyata keçirmək istəyir.
Qeyd edək ki, Mbappenin "Real"a keçidi gözlənilir.
- Niyə heç kim bizimlə oynamır? - AFFA-nın urvatsız etdiyi milli
- Bizim sədaqətimiz sizin büdcənizdən böyükdür!
- "Şamaxı"nın yeni transferi: " Bura yaxşı, səviyyəli oyunçuların olduğu çempionatdır"
- Cenk Sümer: “Çempionluğa namizədlərdən biriyik”
- Krunoslav Renduliç: "Məqsədimiz ikincilik uğrunda mübarizə aparmaqdır"