PSJ-nin futbolçusu "Bavariya" yolunda
09.01.2024 - 23:58
PSJ-nin futbolçusu "Bavariya" yolunda

PSJ-nin müdafiəçisi Nordi Mukiele komandanı tərk etmək üzrədir.

Apasport.az xəbər verir ki, o, tezliklə "Bavariya"nın futbolçusu ola bilər.

Tərəflər danışıqların ilkin mərhələsindədir. Futbolçunun özü Münhen klubuna keçmək niyyətindədir. PSJ də Almaniya təmsilçisindən Coşua Kimmixi istəyir. Parislilər onun qarşılığında Mukiele və əlavə ödəniş təklif edir.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2022-ci ilin yayında PSJ-yə transfer olunub.

writer photo
İsmayıl Xeyrullayev
0