"Qalatasaray" istədi, "Roma" aldı
01.09.2024 - 14:05
"Qalatasaray" istədi, "Roma" aldı

"Roma" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, "canavarlar" Mario Hermosonu rənglərinə bağlayıb.

Onunla 3 illik müqavilə imzalanıb. Futbolçunun son klubu bu yay tərk etdiyi "Atletiko" olub.

29 yaşlı müdafiəçi ilə Türkiyənin "Qalatasaray" komandası da yaxından maraqlanırdı. Futbolçunu şərtlərdə və maaş mövzusunda razı sala bilməyən "cimbom" Marionu heyətinə qata bilməyib.

Qeyd edək ki, Hermoso ötən mövsüm 45 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

writer photo
İsmayıl Xeyrullayev
0