“Qəbələ” “Sabah”ı məğlub etdi
23.03.2024 - 19:24
“Qəbələ” “Sabah”ı məğlub etdi

Millilərin matçları ilə əlaqədar yaranan fasilədə "Qəbələ" yoxlama oyunu keçirib.

Apasport.az xəbər verir ki, komanda "Sabah"la qarşılaşıb.

Qarşılaşma “Bank Respublika Arena”da təşkil olunub. Görüşdə hesabı “Qəbələ” açıb. Birinci hissədə Əyyub Allaş meydan sahiblərinin qapısına yol tapıb. Fasilədən sonra “qırmızı-qaralar” daha bir qola imza atıb. Bu dəfə Bilel Auaşeriya fərqlənib. Beləliklə, “Qəbələ” yoxlama oyununda 2:0 hesablı qələbə qazanıb. 

writer photo
İsmayıl Xeyrullayev
0