"Qızıl top" mükafatının yekun namizədləri açıqlanıb.
Apasport.az xəbər verir ki, “France Football” nəşri 30 futbolçudan ibarət siyahı paylaşıb.
Cədvəldə Çempionlar Liqasının son qalibi "Real"ın 7 üzvü yer alıb.
Cud Bellinqem ("Real"), Ruben Dias ("Mançester Siti"), Fil Foden ("Mançester Siti") Federiko Valverde ("Real"), Emiliano Martines ("Aston Villa"), Erlinq Holand ("Mançester Siti"), Niko Vilyams ("Atletik"), Qranit Caka ("Arsenal"), Artem Dovbik ("Jirona"/"Roma"), Toni Kroos ("Real"), Vinisius Junior ("Real"), Dani Olmo ("Leypsiq"/"Barselona"), Florian Virts ("Bayer"), Martin Odeqar ("Arsenal"), Mats Hummels ("Borussiya"/"Roma"), Rodri ("Mançester Siti"), Harri Keyn ("Bavariya"), Deklan Rays ("Arsenal"), Vitinya (PSJ), Koul Palmer ("Çelsi"), Dani Karvahal ("Real"), Lamin Yamal ("Barselona"), Bukayo Saka ("Arsenal"), Hakan Çalhanoğlu ("İnter"), Vilyam Saliba ("Arsenal"), Kilian Mbappe (PSJ/"Real"), Lautaro Martines ("İnter"), Ademola Lukman ("Atalanta"), Antonio Rüdiger ("Real").
Qeyd edək ki, "Qızıl top"un qalibi oktyabr ayının 28-də müəyyənləşəcək.
- Samuel Sançez: TOFİQ MUSAYEV ÜÇÜN SON ŞANS
- Bəxtiyar Musayev: “Sabah" yaranandan bəri əlcək kimi məşqçi dəyişib”
- Rəşad Sadıqov: "İstəyərdim ki, 2 oyunçu transfer edək"
- Şeydayev əsas komandaya qayıda bilər - YEGANƏ ŞANS
- Tərlan Əhmədov: “Kəpəz”də çörəkpulu qazanan insanların bəziləri mənim arxamca danışır”