"Renn"də yeni müqavilə
09.01.2024 - 00:36
"Renn"də yeni müqavilə

"Renn" Stiv Mandandanı heyətində saxlayıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Qolkiper Fransa təmsilçisi ilə müqaviləsini yeniləyib. 38 yaşlı qapıçı ilə sözləşmə daha bir mövsüm uzadılıb. Mandandanın yeni anlaşması 2025-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Stiv 2022-ci ilin yayından “Renn”də çıxış edir. 

writer photo
İsmayıl Xeyrullayev
0