Reşford Avropa çempionatını buraxa bilər
28.03.2024 - 21:28
Markus Reşford təhlükə qarşısında qalıb.
Apasport.az xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu AVRO-2024-ü buraxa bilər.
İngiltərə yığmasının baş məşqçisi Qaret Sautgeyt onun hazırlıq səviyyəsindən narazıdır. Mütəxəssis son oyunlarda Reşfordun çıxışından razı qalmayıb. Çalışdırıcı Braziliya (0:1) və Belçika (2:2) ilə yoldaşlıq oyunlarında Markusa cəmi 16 dəqiqə şans verib.
Qeyd edək ki, 26 yaşlı hücumçu 2023/24 mövsümündə meydana çıxdığı 35 oyunda 8 qol vurub və 6 ötürmə edib.
- “Neftçi”nin sağ cinah planı - Danışıqlar başladı
- "Qarabağ"da şok ayrılıq: DAHA BİR LEGİONER KOMANDANI TƏRK EDİR
- Azərbaycan futbolu üçün seçim vaxtı: OLUM, YA ÖLÜM
- Qurban Qurbanov: “Bu il də bunun şahidi oldum”
- Rüfət Abdullazadə: “Erzurumspor”la danışıqlar olmuşdu, amma yekunda “Səbail”də qalası oldum”
0
0