Rodri "Mançester Siti"nin növbəti matçını buraxacaq
05.01.2024 - 20:28
Rodri "Mançester Siti"nin növbəti matçını buraxacaq

Rodri "Mançester Siti"nin növbəti matçını buraxacaq.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi İngiltərə Kubokunun 3-cü turunun "Haddersfild"lə oyununda komandasına kömək edə bilməyəcək.

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola bildirib ki, futbolçunun nənəsi bir neçə gün əvvəl dünyasını dəyişib. Rodri ailəsinin yanında olmaq üçün İspaniyaya gedib və növbəti matçda oynamayacaq.

Qeyd edək ki, "Mançester Siti" - "Haddersfild" qarşılaşması yanvarın 7-də keçiriləcək.

writer photo
İsmayıl Xeyrullayev
0