"Roma" "Yuventus"un müdafiəçisinə elçi düşdü
04.01.2024 - 20:35
"Roma" "Yuventus"un müdafiəçisinə elçi düşdü

"Yuventus"un müdafiəçisi Din Haysen "Roma"ya keçə bilər.

Apasport.az xəbər verir ki, "canavarlar" futbolçunu heyətinə qatmaqda maraqlıdır.

Lakin turinlilər arxa xətt oyunçusunu "Frozinone"yə icarəyə vermək niyyətindədir. Artıq tərəflər razılığa gəlib. Haysenin özü karyerasını "Roma"da davam etdirmək istəyir. Joze Mourinyonun niderlandlı ilə əlaqəyə keçdiyi bildirilir.

Qeyd edək ki, "Yuventus" nümayəndələri mövcud vəziyyəti müdafiəçinin nümayəndələri ilə müzakirə edir. 

writer photo
İsmayıl Xeyrullayev
0