Sanço "Borussiya" yolunda
08.01.2024 - 20:43
Sanço "Borussiya" yolunda

Ceydon Sanço "Borussiya"ya dönməyə yaxındır.

Apasport.az xəbər verir ki, bunu klubun baş direktoru Hans-Yoakim Vatzke təsdiqləyib.

O, futbolçunu transfer etmək üçün danışıqlar apardıqlarını söyləyib. Klub rəsmisinin sözlərinə görə, Sanço Almaniya təmsilçisinə icarə əsasında keçəcək. Danışıqların son mərhələdə olduğu bildirilir.

Qeyd edək ki, Ceydon 2017-21-ci illərdə "Borussiya"da çıxış edib.

 

writer photo
İsmayıl Xeyrullayev
0