"Trabzonspor" rusiyalı hücumçunu istəyir
13.01.2024 - 23:51
"Trabzonspor" rusiyalı hücumçunu istəyir

"Trabzonspor" heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi Rusiya MOİK-inin futbolçusu Fedor Çalovla maraqlanır.

Qara dənizlilər hücum xəttindəki boşluğu forvardla dolduracağını düşünür. Onun ordu klubu ilə müqaviləsi 2024-cü ilin dekabrına qədərdir.

Qeyd edək ki, hücumçu bu mövsüm bütün turnirlərdə 26 matçda 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

writer photo
İsmayıl Xeyrullayev
0