Valverde "Real"da qalmaq niyyətindədir
09.01.2024 - 23:23
Valverde "Real"da qalmaq niyyətindədir

Federiko Valverde "Real"dakı gələcəyi barədə danışıb.

Apasport.az xəbər verir ki, futbolçu Səudiyyə Ərəbistanı klublarının marağına baxmayaraq Madrid təmsilçisində qalmaq istədiyini söyləyib:

"Səudiyyə Ərəbistanına yollanmağım hazırda mümkün deyil. Olduğum yerdən məmnunam. Dünyanın ən yaxşı klubundayam. Qazanacağım 10, 20, 30 milyon heç nəyi dəyişməyəcək. Pul həyatıma təsir etməyəcək. Elit səviyyədə oynamağa davam etmək istəyirəm".

Qeyd edək ki, Valverde 2018-ci ildən "Real"da çıxış edir.

writer photo
İsmayıl Xeyrullayev
0