Yunanıstanı Fransaya dəyişdi
02.01.2024 - 23:16
Yunanıstanı Fransaya dəyişdi

"Monako"da ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, Gelson Martins komandanı tərk edib. 

O, karyerasını "Olimpiakos"da davam etdirəcək. Bunu Yunanıstan klubunun mətbuat xidməti açıqlayıb. 28 yaşlı portuqaliyalı ilə 2026-cı ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Martins 2019-cu ildən "Monako"nun şərəfini qoruyub. O, komandanın heyətində 129 oyun keçirib, 16 qol vurub və 14 məhsuldar ötürmə verib.

writer photo
İsmayıl Xeyrullayev
0