Azərbaycan İdman Akademiyası qadın futbolçular arasında zədələrin qarşısının alınmasına yönəlmiş beynəlxalq layihəyə qoşulub.
Apasport.az xəbər verir ki, UEFA və UEFA Akademiyasının dəstəyi ilə həyata keçirilən təşəbbüs Mərkəzi və Şərqi Avropa ölkələrini əhatə edir.
Sözügedən layihənin rəhbəri Böyük Britaniyanın King’s College London ali təhsil müəssisəsinin və ASA-nın həkimlər üçün olan “İdman tibbi və reabilitasiya” magistr proqramının müəllimi
Paulina Kloskovskadır. Akademiya tərəfindən layihənin koordinatorları isə Akademiyanın Tədris işləri üzrə prorektorunun müşaviri Zərifə Kamilova və İdman Tibbi Tədqiqatları Laboratoriyasının meneceri Rauf Əliyevdir.
Layihə Polşa Futbol Federasiyası ilə əməkdaşlıq çərçivəsində gerçəkləşir və qadın futbolunda zədələrin qarşısının alınması üzrə yerli ehtiyaclara uyğun elmi yanaşmaların inkişafını hədəfləyir. Təşəbbüsdə Azərbaycanla yanaşı, Xorvatiya, Estoniya, Latviya və Sloveniya futbol federasiyaları da iştirak edir. Layihənin müşahidə və tövsiyə şurasında isə idman elmləri sahəsində beynəlxalq nüfuza malik mütəxəssislər – Kay Krossli, Coann Kemp, Andrea Bruder və Bruk Patterson yer alır.
Azərbaycan İdman Akademiyasının layihəyə tərəfdaş seçilməsi ölkənin idman təhsilinin beynəlxalq səviyyədə tanınmasının və qadın idmanının inkişafına töhfəsinin göstəricisi kimi qiymətləndirilir.
Layihə çərçivəsində qarşıdakı aylarda ilkin nəticələr və tədqiqat materialları ictimaiyyətə təqdim olunacaq.
- Domeniko Tedesko: "Ümid edirəm ki, heç kimə ürək tutması yaşatmarıq"
- Quti Hernandez: "Ardanın "Real Madrid"dəki karyeramı keçəcəyinə əminəm"
- FIFA referisi I Liqaya vəsiqə uğrunda pley-off görüşünə təyinat alıb
- Tofiq Musayev Bakıda keçiriləcək UFC turnirində döyüşəcək
- Premyer Liqada 7 qarşılaşma baş tutub – “Arsenal” və “Çelsi” qələbə qazanıb