Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB
30.01.2026 - 16:20
Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

“Fənərbaxça” bu mərhələdə İngiltərənin “Nottingem Forest” klubuna rəqib olub.

Pley-off cütləri:

“Dinamo Zaqreb” (Xorvatiya) - “Genk” (Belçika)

 “Brann” (Norveç) - “Bolonya” (İtaliya)

“Seltik” (Şotlandiya) - “Ştutqart” (Almaniya)

 “Ludoqorets” (Bolqarıstan) - “Ferensvaroş” (Macarıstan)

“Fənərbaxça” (Türkiyə) - “Nottingem Forest” (İngiltərə)

 “Panatinaikos” (Yunanıstan) - “Viktoriya Plzen” (Çexiya)

PAOK (Yunanıstan) - “Selta Viqo” (İspaniya)

“Lill” (Fransa) - “Srvena Zvezda” (Serbiya)