Millimizin VI İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi matçların təqvimi müəyyənləşib
27.10.2025 - 12:36
Azərbaycan futzal millisinin Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi matçların təqvimi müəyyənləşib.
Apasport.az xəbər verir ki, A qrupunda yer alan komanda noyabrın 4-də Liviya, 6-da Özbəkistan, 8-də isə Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, qrupda ilk 2 yeri tutacaq komanda yarımfinala vəsiqə qazanacq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qalib və bürünc medalçının adına isə noyabrın 11-də aydınlıq gətiriləcək.
- Levandovski het-trik etdi – La Liqada tarix yazdı
- "Aruka"nın fədakar azarkeşi 1448 km yol qət etdi, komandasını tək buraxmadı - VİDEO
- "Sumqayıt"ın baş məşqçisi 5 oyunluq diskvalifikasiya edilib
- "Qalatasaray" Muslera ilə protokol imzaladı: Əfsanəvi qapıçı göz yaşlarını saxlaya bilmədi - VİDEO
- Vaskes "Real"dan ayrılır
0
0