"Barselona" yenilənmiş stadionda ilk məşqinə çıxıb - FOTO
08.11.2025 - 01:55
"Barselona" bu həftəsonu İspaniya La Liqasında səfərdə "Selta Viqo" ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, matçın hazırlıqlarını davam etdirən Hansi Flikin komandası yeni təmirdən çıxmış "Kamp Nou"da məşq edib.

Klub 22 noyabrda La Liqada "Atletik Bilbao"ya qarşı keçirəcəkləri matç üçün "Kamp Nou"ya qayıtmağı planlaşdırır.
İspaniya mətbuatında yer alan xəbərlərə görə, "Barselona"nın bugünkü məşqini 23 min azarkeş izləyib.
Qeyd edək ki, izləyicilər arasında "Barselona"nın prezidenti Joan Laporta da yer alıb.
0
0