“Qalatasaray”a Osimhen şoku – 3 həftə oynamayacaq
06.11.2026 - 21:12
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, nigeriyalı futbolçu 2-3 həftə komandasına kömək edə bilməyəcək.
27 yaşlı hücumçunun qarşıdakı oyunları buraxacağı gözlənilir.
0
0