“Mançester Yunayted”də qalmaq istəmədi – “Real Madrid”i seçdi
06.11.2026 - 10:06
“Mançester Yunayted”də qalmaq istəmədi – “Real Madrid”i seçdi

İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Mançester Yunayted” komandasının gənc futbolçusu JJ Qabrieli heyətinə qatmağa yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 16 yaşlı futbolçu gələcəyi ilə bağlı yekun qərarını verib. Qabriel yalnız “Real Madrid”də oynamaq istəyir və meneceri onunla maraqlanan bütün klubları bu barədə rəsmi şəkildə məlumatlandırıb.

Hazırda Madrid təmsilçisi ilə futbolçunun agenti arasında razılaşmanın son detalları dəqiqləşdirilir. Transferin yaxın zamanda rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, "Mançester Yunayted" akademiyasının yetirməsi olan JJ Qabriel sentyabr ayında klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib. Buna səbəb gənc futbolçunun əsas komandada kifayət qədər oyun şansı qazanmamasıdır. Qabriel və ailəsi onun daha çox oynamağa layiq olduğunu düşünür. Futbolçu “Real Madrid”də əsas komandaya yüksəlmək üçün daha yaxşı imkanlarının olacağına inanır.

Gənc hücumçu ilə “Barselona”, PSJ və “Bavariya” da maraqlanırdı. Madrid klubu onu yanvar ayında heyətinə qatmağı planlaşdırır.