“Neftçi” “Kəpəz”ə qarşı - YENİLƏNİR
06.11.2026 - 10:12
Bu gün Misli Premyer Liqasında XI tura start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün son matçı Bakıda baş tutacaq. Lider “Neftçi” doğma meydanda “Kəpəz”lə üz-üzə gələcək.
“Ağ-qaralar” qələbə qazanaraq turnir cədvəlinin ilk pilləsindəki mövqeyini möhkəmləndirməyə çalışacaq. Gəncə təmsilçisi isə 7 oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirməyi hədəfləyir.
Qarşılaşma saat 20:00-da başlayacaq.
Misli Premyer Liqası
XI tur
20:00. "Neftçi" – "Kəpəz"
“Palms Sports Arena”
0
0