Azərbaycan Kubokunda son 21 ilin rekordu təkrarlanıb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, cari mövsümədək 1/4 final səddini adlaya bilməyən “Sabah” və “Araz-Naxçıvan”ın yarımfinala vəsiqə qazanması ilə reallaşıb.
Komandalar kubok tarixində ən yaxşı nəticələrinə imza atıblar.
Bir mövsümdə iki klubun ilk yarımfinalına çıxması son 21 ilin rekordunun təkrarıdır. 2022/2023 mövsümündə də indiki kimi iki komanda ilkə imza atıb. Həmin vaxt “Səbail”lə “Turan Tovuz” fərqlənib.
Daha çox komandanın yarımfinala yeni ad olmasına sonuncu dəfə 2004/2005 mövsümündə təsadüf olunub. Həmin vaxt “MKT-Araz”, “İnter” və “Xəzər Lənkəran” ilk dəfə yarımfinala adlayıb.
- ÇL: “Qalatasaray”a tanış hakim
- Nadir Nəbiyev: "Ukraynadan azı 1 xal ala bilərik"
- İslam Oyunları: Azərbaycanlı atlet gümüş medal qazanıb
- Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb
- "Zirə"nin və millinin çalışdırıcısı: "Əsas məsələ Azərbaycanı xarici ölkələrdə yaxşı təmsil etməkdir"