Azərbaycan millisinin üzvü, icarə əsasında "Çernomorets"də çıxış edən Emil Mustafayev apasport.az saytına açıqlama verib.
O, Odessa klubundakı durumundan danışıb: "Bu komandada özümü yaxşı hiss edirəm. Məncə, yetərincə oyun vaxtı da alıram. Təbii ki, meydançaya çıxanda komanda üçün ən yaxşısını etməyə çalışıram".
Mustafayev, gələcək karyerasını Azərbaycanda davam etdirmək şanslarını da dəyərləndirib: "Düzünü deyim, indi "Çernomorets"dəki oyunlara fokuslanmışam. "Polessye" ilə də müqaviləm var. İndidən başqa məsələ haqda düşünmürəm. Yayda qərar verəcəm və gələcəyin necə olacağını biləcəyik".
Milli komandamızın üzvü Emil Mustafayevin "Polessye" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, qışda mövsümün sonuna qədər "Çernomorets"ə icarəyə verilib.
- Bolqarıstan - Türkiyə matçının hakimi bəlli olub
- "Barselona" və "Milan" ulduz futbolçularını dəyişə bilər
- “Fənərbaxça” və “Samsunspor”un Avropa oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- Azərbaycanlı hakim Belçikada yenilənmə kursunda iştirak edib
- Litvalı basketbolçudan möhtəşəm geridönüş: 10 saniyədə 9 xal - VİDEO