Məsiyev UEFA Superkubokuna təyinat alıb
30.07.2025 - 14:02
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Superkubokunun PSJ (Fransa) - “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq.
Oyunu portuqaliyalı Joao Pedro Silva Pineyro idarə edəcək.
Qeyd edək ki, görüş avqustun 13-də İtaliyanın Udine şəhərindəki “Fruili” stadionunda keçiriləcək.
- "Arsenal" niderlandlı futbolçu ilə maraqlanır
- "Turan Tovuz"un İdarə Heyətinin sədri Bernd Ştange ilə görüşüb
- "Fənərbaxça" matçı üçün azarkeşlərə müraciət etdilər - "Reyncers"dən nümunəvi addım
- Milli Paralimpiya komandamız Vətənə qayıdıb
- La Liqada "Atletiko" qələbə qazandı, “Real Sosyedad” xal itirdi
0
0