"Sumqayıt"ın baş məşqçisi 5 oyunluq diskvalifikasiya edilib
03.06.2025 - 12:56

AFFA U-13 Qızlar Liqasında çıxış edən "Sumqayıt"ın baş məşqçisi Sabir Mütəllimov 5 oyunluq diskvalifikasiya edilib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna AFFA U-13 Qızlar Liqasının yarımfinal mərhələsində “Səbail" və "Sumqayıt" arasında keçirilən cavab matçının 30-cu dəqiqəsində Sumqayıt təmsilçisinin baş məşqçisi Sabir Mütəllimovun texniki zona qaydalarını kobud şəkildə pozduğuna və birinci köməkçi hakimə qeyri-etik jestlər etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılması səbəb olub.
0
0