Azərbaycan millisi Bursada toplanışa başlayıb
27.05.2025 - 16:16
16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Bursa şəhərində təlim-məşq toplanışına başlayıb.
Apasport.az xəbər verir ki, yığma hazırlıq prosesində yerli "Tofaş" klubu (U-16) ilə yoxlama oyununda üz-üzə gəlib.
Erhan Tokerin rəhbərlik ediyi millimiz rəqibinə 44:71 hesabı ilə məğlub olub. Hazırlıq prosesində əsas məqsəd iyulun 5-13-ü aralığında Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatının C divizionunun oyunlarına hazırlaşmaqdır.
Qeyd edək ki, təlim-məşq toplanışının ilk mərhələsi mayın 29-da başa çatacaq.
- "Çelsi" Premyer Liqa forvardı üçün 60 milyon avro ödəyəcək
- "Qəbələ" Premyer Liqada 200-cü dəfə məğlub olub
- Fernandu Santuş: "Onlar özlərini göstərəndə dəvət alacaqlar"
- Dünyanın ən gərgin derbiləri: "Qalatasaray" - "Fənərbaxça" derbisi neçəncidir?
- Avropa çempionatına yollanacaq güləşçilərimiz müəyyənləşdi
0
0