"Böyük Dəbilqə": Daha iki cüdoçumuz mübarizəyə başlayacaq
03.05.2025 - 09:48
Bu gün Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə daha 2 cüdoçumuz tatamiyə çıxacaq.
Apasport.az xəbər verir ki, 73 kq mübarizə aparan Vüsal Qələndərzadə 1/8 finalda Yunlonq Qou (Çin) / Anqsarbek Qaynullin (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
81 kq çəkidə çıxış edən Süleyman Şükürov isə 1/8 finalda Monqolustan təmsilçisi Batsuqar Qansux ilə qarşılaşacaq.
Qeyd edək ki, yarış bu gün Bakı vaxtilə saat 11:00-da başlayacaq.
- 3x3 basketbol üzrə "Qadınlar Liqası"nın qalibi bəlli olub
- "Arsenal" "Milan"ın qapıçısı ilə maraqlanır
- Son 5 ildə ilk dəfə ÇL-in finalında İspaniya və İngiltərə klubları iştirak etməyəcək
- “Mançester Yunayted” Ruben Neveş üçün 23 milyon avro təklif edib
- "Napoli" PSV-nin hücumçusunu 25 milyon avroya alıb
0
0