Təmsilçimiz Rusiyada bürünc medala sahib olub
19.05.2025 - 15:35

Rusiyanın Kaspiysk şəhərində sərbəst güləş üzrə 5 qat dünya çempionu Əli Əliyevin xatirəsinə keçirilən turnirə yekun vurulub.
55-ci dəfə təşkil edilən Memorialın son günündə 61, 70, 79, 92 və 125 kq-da medalçılar müəyyənləşib.
Milli komandanın üzvü Cəbrayıl Qadjiyev yeni çəkidə debüt edib. 79 kq-da mübarizə aparan təmsilçimiz ənənəvi yarışda bürünc medal qazanıb.
Xatırladaq ki, ötən gün Musa Ağayev (65 kq) eyni nəticəyə imza atıb.
- "Fiorentina" Konfrans Liqası matçını neytral meydanda keçirəcək
- "Fənərbaxça"nın gündəmində olan futbolçu Ronaldonun komanda yoldaşı ola bilər
- Tarixdə bu gün: Yunanıstan Avropa Çempionu Oldu – Futbol Dünyasında Sensasiya - VİDEO
- Bakıda “Zəfər Kuboku” turniri keçiriləcək
- AVF Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan voleybol festivalı keçirib
0
0