
Azərbaycan Şahmat Federasiyası (AŞF) ilk dəfə olaraq bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” – (“Chess Tour Azerbaijan”) layihəsini həyata keçirəcək.
Apasport.az xəbər verir ki, 2025-ci ildə ilk dəfə reallaşacaq “Azərbaycan Şahmat Turu” çərçivəsində ölkədə şahmat üzrə 8 beynəlxalq open yarış təşkil olunacaq.
Bütün yarışlar beynəlxalq xarakter daşıyacaq və ölkə üzrə şahmatçıların təcrübəsini artırmağa imkan verəcək.
Şahmat turu paytaxt Bakıdan başlayacaq. Aprelin 28-dən etibarən paytaxtda “Baku Open” beynəlxalq şahmat festivalına start veriləcək. 18-25 iyun tarixlərində “Sheki Open”, 26 iyun-03 iyulda “Shamakhı Open”, 06-13 iyulda “Lankaran Open”, 15-22 iyulda “Guba Open”, 11-18 noyabrda isə “Ganca Open” və 19-26 noyabrda “Shirvan Open” keçiriləcək.
“Azərbaycan Şahmat Turu” çərçivəsində həm də “Vüqar Həşimov Open” turniri baş tutacaq.
Qeyd edək ki, bütün turnirlərdə yerli şahmatçılarla yanaşı, həm də xarici iştirakçıların o cümlədən beynəlxalq qrossmeysterlərin iştirakı planlaşdırılır.
- Azərbaycan idmançıları Tokioda dünya çempionatında iştirak edəcək
- Aqil Nəbiyev ümidlidir: “Gürcüstan bizlə heç-heçəyə görə sevinirsə...”
- "Arsenal" və "Çelsi" "Aston Villa"nın oyunçusunu yaxından izləyir
- Elvin Məmmədov: "Çox çətin bir yükün altına girdiyimi yaxşı dərk edirəm"
- "Napoli" "Milan"ın yarımmüdafiəçisini heyətinə qatacaq