
Bu yay “Beşiktaş”dan ayrılması gözlənilən Çiro İmmobile vətəninə qayıda bilər.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı hücumçuya İtaliyadan təkliflər var.
İmmobile ilə A Seriyası təmsilçisi “Bolonya” yaxından maraqlanır.
"Beşiktaş" İmmobile ilə sözləşməyə xitam vermək istəsə də, italiyalı forvard bu təklifə isti yanaşmır. O, sözləşməsində qeyd olunan bütün məbləğin ödənilməsini tələb edir.
Ötən yay böyük ümidlərlə “Latsio”dan azad agent kimi “qartallar”a qoşulan italyan oyunçu komandası ilə uğursuz mövsüm keçirib.
Qeyd edək ki, o, İstanbul təmsilçisi ilə bu mövsüm çıxdığı 38 matçda 17 qol və 4 məhsuldar ötürməyə imza atıb.
- "Turan Tovuz"dan bəyanat: "Oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var"
- "Yuventus" amerikalı futbolçusunu komandada saxlayacaq
- "Fənərbaxça" matçı üçün azarkeşlərə müraciət etdilər - "Reyncers"dən nümunəvi addım
- A Seriyasında komanda sayı azaldılacaq?
- Millimiz Tbilisidə 3 qızıl və 3 gümüş medala sahib çıxıblar