Çalhanoğlu Premyer Liqaya keçə bilər
02.07.2025 - 00:45
"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını İngiltərə çempionatında davam etdirə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Qalatasaray" Çalhanoğlunu almaqda maraqlı olsa da, klub rəhbərliyi transferə 15 milyon avrodan çox məbləğ ayırmaq istəmir.
"İnter"in 31 yaşlı oyunçu üçün 40 milyon istəyəcəyi gözlənilir. Bu da "Mançester Yunayted" və ya "Fulhem"in onu transfer etməsi ehtimalını artırıb.
Artıq İngiltərə klublarının nümayəndələri mümkün transferlə bağlı ilkin danışıqlar aparıblar.
- II Liqada may ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib
- Azərbaycan kuboku: Finalın oyunöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib
- "Qalatasaray" "Fənər"in 2 üzvünü TFF-yə ŞİKAYƏT ETDİ
- Zülfiyyə Hüseynova Avropa çempionu olub
- Qəzənfər Abbasov: "Qırmızı vərəqə almasaydılar, hesab belə bitməyəcəkdi"
0
0