"Çelsi"nin hücumçusu klubunu dəyişə bilər
27.05.2025 - 13:17
"Çelsi"nin hücumçusu Kristofer Nkunku İngiltərə Premyer Liqasının başqa klubunda çıxış edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, “Tottenhem” 27 yaşlı fransalı forvardın xidmətində maraqlıdır.
"Transfermarkt" Nkunkunun transfer dəyərini 45 milyon avro olaraq qiymətləndirir.
Kristoferin "Çelsi" ilə hazırkı müqaviləsi 2029-cu ildə başa çatacaq. O, bu mövsüm Premyer Liqada 27 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
- "Barselona" 5 müdafiəçi arasında seçim edəcək
- Dursun Özbek: "Qalatasaray"la Çempionlar Liqasını qazanmaq istəyirəm"
- 6 ildən sonra "Fənərbaxça"ya dönür: "Sarı-lacivərdlilər" daha bir transferi tamamlayıb
- "Fənərbaxça" "Tottenhem"lə danışıqlara başlayıb
- Bernd Ştange Peşəkar Futbol Liqasının qonağı oldu
0
0