PSJ-nin cinah oyunçusu Usman Dembele Peşəkar Milli Futbolçular İttifaqı (UNFP) tərəfindən bu mövsüm Fransa çempionatının ən yaxşı oyunçusu seçilib.
Apasport.az xəbər verir ki, 27 yaşlı hücumameyilli yarımmüdafiəçi cari mövsümdə 28 oyun keçirib, 21 qol vurub və 8 məhsuldar ötürmə edib.
Dembelee 2023-cü ilin avqustundan Paris komandasında çıxış edir.
Futbolçu ilə klub arasında mövcud müqavilə 2028-ci ildə başa çatacaq. "Transfermarkt" portalı onun bazar dəyərini 75 milyon avro olaraq qiymətləndirirlər.
Qeyd edək ki, Usman PSJ-nin heyətində vaxtından əvvəl Fransa çempionu olub və Çempionlar Liqasının finalına yüksəlib.
- “Şamaxı” Azərbaycan çempionatlarında 850-ci qolunu vurub
- Okan Buruk açıqladı: 2 həftə daha meydandan kənarda qalacaq
- Frenki de Yonq “Barselona” ilə yeni müqaviləyə razılıq verib
- Azərbaycanlı hakimlər Türkiyə millisinin oyununa təyinat alıblar
- "Mançester Yunayted" Delap üçün transfer yarışına qoşulub