"Flamenqo" De Paulu transfer etmək istəyir
07.07.2025 - 20:20
"Atletiko Madrid"in yarımmüdafiəçisi Rodriqo De Paul Braziliyanın "Flamenqo" klubunun diqqətini çəkib.
Apasport.az xəbər verir ki, klub artıq Madrid təmsilçisi ilə danışıqlar aparır və transfer üçün 15 milyon avro ödəyə bilər.
"İnter Mayami" də argentinalını almağı ciddi şəkildə düşünür.
De Paul 2021-ci ildən "Atletiko"da çıxış edir. Ötən mövsüm o, 53 oyun keçirib, 3 qol vurub və 10 məhsuldar ötürmə edib. 31 yaşlı yarımmüdafiəçi hazırkı dünya çempionudur.
- “Qarabağ” “Kəpəz”lə çempionatdakı oyunlarda 100-cü qolu vurub
- Kamal Quliyev müalicəsi barədə: Nəsə istəyəndə xəcalət çəkirəm, utanıram...
- Güləşçimiz Rusiyada qızıl medal qazandı
- Türkiyəli hakimlər mərc bataqlığında: Prokurorluq cinayət işi üzrə araşdırmaya başladı
- Sergen Yalçın Rafa Silva haqqında: "İndiki halda komandada qalması..."
0
0