“Lids Yunayted”in qapıçısı İlan Meslier A Seriyasının iki aparıcı klubunun diqqət mərkəzinə düşüb.
Apasport.az xəbər verir ki, 25 yaşlı qapıçı ilə həm “Milan”, həm də “İnter” yaxından maraqlanır.
Bildirilir ki, hər iki Milan təmsilçisi Meslieri qış transfer pəncərəsində daha münasib qiymətə heyətinə qatmaq variantını nəzərdən keçirir.
“Transfermarkt” portalı fransız qapıçının bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, İlan Meslier 2020-ci ildə “Lids Yunayted”ə transfer olunub. O vaxtdan bəri klubun heyətində 214 oyunda iştirak edən qapıçı 283 qol buraxıb və 72 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.