“Liverpul” Virtzə illik 22 milyon ödəyəcək
04.06.2025 - 14:54
“Bayer”in futbolçusu Florian Virtz yaxın zamanda “Liverpul”a keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Almaniyalı Premyer Liqa təmsilçisində il ərzində 22 milyon avroya yaxın qazanc əldə edəcək.
Klublar arasında danışıqların növbəti mərhələsi bu həftə keçiriləcək.
“Transfermarkt” portalı futbolçunun dəyərini 140 milyon avro olaraq qiymətləndirir.
21 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə “Bayer”in heyətində 45 oyuna çıxıb, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.
- "Barselona"nın ötənmövsümkü gəliri açıqlanıb
- Brazilya millisinin və "Barselona"nın sabiq üzvü karyerasını bitirib
- "Qalatasaray" "Mançester Yunayted"in futbolçusunu transfer etmək istəyir
- Avropa Liqasında ingilis finalı - YENİLƏNİB
- Felipe Santos: "Keçən mövsüm əldə etdiyimiz nəticəni yaxşılaşdırmaq istəyirik"
0
0