“İnter Mayami”nin hücumçusu Luis Suarez karyerasını vətənində davam etdirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, 38 yaşlı uruqvaylının ABŞ klubuyla hazırkı müqaviləsi ayın sonunda başa çatacaq.
Təcrübəli forvard yaxın günlərdə “Nasional” klubunun baş məşqçisi ilə görüş keçirəcək. Görüşdə Suarezin komandaya mümkün qayıdışı müzakirə olunacaq. Futbolçu karyerasına məhz bu klubda başlayıb və 2022-ci ilin yayında Avropanı tərk etdikdən sonra yenidən “Nasional”da çıxış edib.
Luis Suarez cari mövsümdə “İnter Mayami”nin heyətində bütün turnirlərdə 50 oyuna çıxaraq 17 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Mançester Yunayted" 60 milyon avroluq oyunçu üçün təklif hazırlayır
- Avropa çempionatı: Ölkəmizi 19 idmançı təmsil edəcək
- Misli Premyer Liqasında son 11 mövsümün rekordu
- “Feyenord” tribunalarında "istefa" səsləri: Van Persinin taleyi sual altındadır
- Dünya çempionatında bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb