Niko Uilyams Bundesliqa çempionunun radarına düşüb
08.05.2025 - 13:53

"Atletik Bilbao"nun və İspaniya millisinin yarımmüdafiəçisi Niko Uilyams Almaniya Bundesliqasına keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Bavariya" 22 yaşlı vingeri heyətinə qatmaqda maraqlıdır.
Potensial transfer qiyməti 58 milyon avro olacaq.
Uilyamsın Bilbao klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.
"Transfermarkt" onun dəyərini 70 milyon avro olaraq qiymətləndirir. İspaniya çempionatının cari mövsümündə o, 28 matçda iştirak edib, 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Taekvondoçularımızın iştirakı ilə açıq dairəvi döyüş məşqləri keçirilib
- "Trabzonspor"dan "Traktor"a dəstək: "Azərbaycan türklərinin qüruru" - FOTO
- "Yunayted" futbolçusunu 47 milyon avroya satmaq istəyir
- "Barsa"nın qapıçısı Premyer Liqa yolunda
- “Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə imzalayıb
0
0