
Manuel Noyer “Liverpul”un baş məşqçisi Yurgen Kloppun gələcəkdə "Bayern"ə rəhbərlik etmək ehtimalını dəyərləndirib.
Apasport.az xəbər verir ki, bu barədə Almaniya mətbuatında məlumat paylaşılıb.
37 yaşlı qolkiper bu ehtimalı müsbət qiymətləndirib: “Məncə, bu, ondan asılıdır. Düşünürəm ki, o tanınmış, təcrübəli, taktiki cəhətdən ağıllı, bütün futbolçular tərəfindən böyük hörmət qazanmış məşqçidir. Məncə, o, “Bayern”də işləmək üçün potensial namizəddir. Klopp bunu istəyir? Bu, şübhəsiz ki, onun işidir. Ola bilsin ki, əvvəlcə fasilə vermək istəyir. Mən onun bir gün milli komandanın baş məşqçisi kimi təsəvvür edirəm”.
Qeyd edək ki, Klopp bu mövsümün sonunda “Liverpul”dan ayrılacaq.
- "Liverpul" "Real Madrid" ulduzu üçün 130 milyon avro xərcləməyə hazırdır
- Stolüstü tennisçimiz Avropa çempionatına qatılacaq
- Raul Qarsiya La Liqada 600-cü matçını keçirib
- Türkiyə Super kubokunun yarımfinal cütləri bəlli olub
- "Qalatasaray"dan Kökçü bombası: Danimarkalını göndərəcək, millinin üzvünü gətirəcək