“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Super Liqada “Fənərbaxça” ilə oyundan (0:0) sonra fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, mütəxəssis rəqib komandanın çalışdırıcısı Joze Mourinyo haqda sərt açıqlama verib:
“Crying One” (Ağlayan biri). O, ağlamağı ilə məşhurdur. Burda uzun müddət ağladı. Hakimin otağına gedib orda da ağladı, indi də ağlamağa davam etsin. Onun türkiyəli hakimin ünvanına təhqiramiz sözlər söyləməsi çox yanlışdır. "Onlar idarə etsəydilər, belə olardı" bu çox səhv düşüncədir. Türk hakimləri bu qədər aşağılamalarına inana bilmirəm, bunu qınayıram”.
“Qalatasaray” Super Liqada 24 turdan sonra 64 xalla birinci sıradadır. “Fənərbaxça” isə 6 xalla ikincidir.
- Samir Abasov 7 futbolçunu komandadan göndərdi - Rəsmi
- Liqa 1-də günün nəticələri: PSJ-dən inamlı qələbə
- Afrika Millətlər Kuboku: Osimhen və Ndidi fərqləndi, Nigeriya qələbə qazandı
- Alperen Şengün üçün sərt xəbərdarlıq: NBA-dan uzaqlaşdırıla bilər
- Slavik Alxasov: "Legioner limitinin ləğvi doğru deyil"