Osimhenin İstanbula gəliş tarixi açıqlanıb
19.07.2025 - 22:49
Osimhenin İstanbula gəliş tarixi açıqlanıb

"Qalatasaray" uzun müddətdir "Napoli" ilə danışıqlar apardığı Viktor Osimhenin transferində xoşbəxt nəticə əldə etmək üzrədir.

Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar"ın İtaliya klubu ilə problemlərini həll etməsindən sonra Osimhenin Türkiyəyə gəliş tarixinin müəyyənləşdiyi iddia edilib.

"Qalatasaray" ulduz hücumçu üçün "Napoli"yə əvvəlcə 40 milyon avro, 2026-cı ilə qədər isə iki hissədə 35 milyon avro ödəyəcək.

İddialara görə, "Qalatasaray" və "Napoli" arasında girov məsələsi həll olunarsa, Osimhen 22 iyulda İstanbula gələcək.

Qeyd edək ki, klublar arasında bağlanan protokola əsasən, Osimhen 2 il A Seriyasının hansısa komandasına keçə bilməyəcək.