"Qalatasaray" "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun derbi sonrası mətbuat konfransında dediklərinə sərt reaksiya verib.
Apasport.az xəbər verir ki, Mourinyo matçdan sonra verdiyi açıqlamada "sarı-qırmızılılar"ın futbolçularını meymuna bənzədib:
"Qalatasaray"lı futbolçular matçın əvvəlində gənc müdafiəçimiz Yusuf Akçiçekə kart göstərilməsi üçün bəzi epizodlara girdilər. Hakimə təşəkkür etməliyəm, çünki qeyd etdiyim epizodda ehtiyat oyunçular skamyasında oturanların hamısı meymun kimi tullanırdı".
Bu ifadələrdən sonra "Qalatasaray" portuqal çalışdırıcını irqçilikdə günahladırıb:
"Türkiyədə fəaliyyətə başladığı gündən mütəmadi olaraq türk xalqına qarşı aşağılayıcı ifadələr işlədən “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo bu gün əxlaqsız ifadələrinə qeyri-insani sözlər də əlavə edib.
Mourinyonun irqçi ifadələri ilə bağlı prokurorluğa, UEFA və FIFA-ya şikayət edəcəyik. Bununla yanaşı rəqib komandanın çalışdırıcısının açıqlaması ilə bağlı göstərdiyi münasibəti və hərəkətləri izləyəcəyik".
Qeyd edək ki, Super Liqanın XXV turunda "Qalatasaray" evdə "Fənərbaxça"nı qəbul edib. Qarşılaşmada hesab açılmayıb - 0:0.
- AVF Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan voleybol festivalı keçirib
- Vüqar Mustafayev Azərbaycan çempionatlarında yubiley matçına çıxıb
- Premyer Liqada yeni transfer rekordu: 125 milyon avro
- "Mançester Yunayted" "Çelsi"nin hücumçusu ilə maraqlanır
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb