
UEFA Avropa Liqasının 1/8 finalının ilk matçında "Fənərbaxça" evdə "Reyncers"i qəbul edəcək.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər"in 2 futbolçusu avrokubok matçında iştirak edə bilməyəcək.
Belə ki, Fred və Brayt Osayi Samuel sarı kart limitində olduqları üçün "Reyncers"lə matçda forma geyinə bilməyəcəklər.
Zədəsi səbəbindən 1 aya yaxındır komandadan uzaq qalan İsmail Yüksek texniki heyət qərar verərsə, “Reyncers”lə oyun üçün heyətə qoşula biləcək.
Türkiyə millisinin üzvü sonuncu dəfə fevralın 9-da “Alanyaspor”la səfər oyununda çıxış edib və həmin matçda zədələnib.
Qeyd edək ki, "Fənərbaxça" - "Reyncers" matçı martın 6-da Şükrü Saracoğlu stadionunda keçiriləcək. Görüş Bakı vaxtilə saat 21:45-də start götürəcək.
- Tahir Gözel: “Xocalı soyqırımı heç vaxt unudulmayacaq”
- Hakimlərimiz Avropa çempionatı matçlarına təyinat alıblar
- "Fənərbaxça"dan açıqlama: "Mourinyonun sözləri bilərəkdən təhrif edilib"
- "Beşiktaş"ın istədiyi futbolçu zədəsini sağaldıb
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib