İtaliyalı hücumçu Mario Balotelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Şira məlumat yayıb.
Mənbənin iddiasına görə, “Əl-İttifaq” 35 yaşlı futbolçu ilə maraqlanır. Klub Balotelliyə 2028-ci ilin ortalarına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə təklif etməyə hazırdır.
Qeyd edək ki, Mario Balotelli bu yaydan etibarən azad agent statusundadır. Təcrübəli hücumçu ötən ilin oktyabr ayından bəri son klubu olan “Cenoa”nın formasını geyinib.
Hazırda “Əl-İttifaq” Səudiyyə Ərəbistanı çempionatında doqquz turdan sonra 12 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.
- Azərbaycanla oyunda zədələndi, millinin heyətindən çıxarıldı
- Güləşçilərimiz Dünya seriyasında 1 qızıl və 1 bürünc medal qazanıblar
- Taekvondoçularımızın iştirakı ilə açıq dairəvi döyüş məşqləri keçirilib
- "Qalatasaray" Lookman üçün hərəkətə keçir – 40 milyon avroluq təklif hazırlanır
- Orkun Kökçü transferi üçün "Beşiktaş"dan ilk addım